Ələkbər ZiyatayervigihumRus li)i bliberm 2mis th(Onre
| Ələkbər Ziyatay | |
|---|---|
| |
| Doğum tarixi | 21 dekabr 1913 |
| Doğum yeri |
|
| Vəfatı | 2 iyul 1982 (68 yaşında) |
| Vəfat yeri |
|
| Fəaliyyəti | şair |
| Mükafatları |
|
Ələkbər Ziyatay (tam adı: Ələkbər Həsən oğlu Cəfərov) – Azərbaycanlı şair, tərcüməçi, 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Mündəricat
- 1 Həyatı
- 2 Yaradıcılığı
- 2.1 Kitabları
- 3 Şeirlərinə musiqi əsərləri
- 4 Tərcümələri
- 5 İstinadlar
- 6 Xarici keçidlər
Həyatı[redaktə | əsas redaktə]
Ələkbər Ziyatay 1913-cü il dekabrın 21-də Gəncədə qulluqçu ailəsində doğulmuşdur. Yeddi illik şəhər məktəbini bitirib orada inşaat texnikumuna daxil olmuşdur (1930). Tələbəlik dövründə bədii ədəbiyyata onda güclü meyl oyanır. 1933-cü ildə texnikumu bitirir. Həmin ili APİ-nin ədəbiyyat fakültəsinə daxil olur. İnstitutu qurtaran il "Ədəbiyyat qəzeti" redaksiyasında poeziya şöbəsinin müdiri təyin olunur (1937-1940). Qiyabi pedaqoji institutda baş müəllim (1940-1941), Azərbaycan Sovet Yazıçıları İttifaqının Gəncə şöbəsində məsul katib (1941-1950), eyni zamanda Həsən bəy Zərdabi adına Kirovabad Pedaqoji İnstitutunda baş müəllim, ikiillik və qiyabi pedaqoji institutlarda, respublika partiya məktəbində müəllim işləmişdir. 1940-1950-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı Gəncə filialında məsul katib vəzifəsində çalışmışdır. Gəncə şəhər zəhmətkeş deputatları Sovetinin deputatı seçilmişdir (1948). Sonra Bakıda Azərbaycan Dövlət Nəşriyyatında redaktor (1950-1959), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında poeziya şöbəsinin müdiri (1959-1968) işləmişdir. 1968-ci ilin yanvarından ədəbi fəaliyyətlə məşğul olmuşdur. 1973-cü ilin dekabrında fərdi təqaüdə çıxmışdır.
Tatarıstan MSSR Ali Sovetinin Fəxri fərmanı və medallarla təltif olunmuşdur.
1982-ci il iyulun 2-də Bakıda vəfat etmişdir. Gəncə küçələrindən biri onun adını daşıyır. [1]
Yaradıcılığı[redaktə | əsas redaktə]
O, 1935-ci ildən ədəbi fəaliyyətə başlamışdır. Onun ilk şeirləri olan «İkibaşlı qartal», «Berlində yanğın», «İki cahan» respublika qəzet və jurnallarında dərc olunmuşdur.
Kitabları[redaktə | əsas redaktə]
- Məhəbbət sınağı. Bakı: Uşaqgəncnəşr, 1946, 54 səh.
- Həyat mahnıları. Bakı: Azərnəşr, 1954, 44 səh.
- Şerlər. Bakı: Azərnəşr, 1961, 65 səh.
- Bakı gecələri. Bakı: Azərnəşr, 1964, 171 səh.
- Şerə dönən duyğular. Bakı: Yazıçı, 1983, 149 səh.
Şeirlərinə musiqi əsərləri[redaktə | əsas redaktə]
Mahnılar
- Zeynəb Xanlarova - Anam Azərbaycan - musiqi: Ələkbər Tağıyev
- Gülağa Məmmədov - Bakı gecələri - musiqi: Ələkbər Tağıyev
- Mobil Əhmədov - Göygöl - musiqi: Süleyman Ələsgərov
Muğamlar, təsniflər
- Zeynəb Xanlarova - Bir gül seçdim yar üçün ("Demişəm" şeiri üstündə təsnif) - musiqi: Fikrət Əmirov, sözlər: Teymur Elçin
- Zeynəb Xanlarova - Toy mahnısı ("Demişəm" şeiri üstündə təsnif) - udda çalır: Yasəf Eyvazov
- Zeynəb Xanlarova - Səri arzularam ("Mən rəssam olsam" şeiri üstündə təsnif) - musiqi: Qara Qarayev
- Zeynəb Xanlarova - Mirzə Hüseyn segahı ("Olmalıydın, olmadın" şeiri üstündə təsnif)
Tərcümələri[redaktə | əsas redaktə]
Yaradıcılığında bədii tərcümə xüsusi yer tutmuşdur:
- Homer "Odisseya"
- Lope de Veqa "Nə yardan doyur, nə əldən qoyur"
- Əlişir Nəvai. "Yeddi səyyarə"
- A. S. Qriboyedov. "Ağıldan bəla"
- Eduardas Mejelaytis şerləri
- A. S. Puşkindən, N. Nekrasovdan, T. Şevçenkodan çoxlu tərcümələri vardır.
İstinadlar[redaktə | əsas redaktə]
- ↑ Azərbaycanın epistolyar irsi - Ələkbər Ziyatay
Xarici keçidlər[redaktə | əsas redaktə]
- Ələkbər Ziyatayın seçilmiş şeirləri